Ağstafa və Qazax sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sentyabrın 11-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri cavablandırılıb.