ABŞ Quantanamoya qanunsuz miqrantların ilk partiyasını göndərib

Konstitusiya.az xəbər verir ki, qanunsuz miqrantları daşıyan ilk təyyarə ötən gün ABŞ-nin Kubadakı Quantanamo hava bazasına eniş edib. Bu barədə ABC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Kanalın verdiyi məlumata görə, təyyarə Texas ştatının aeroportundan qalxıb və kiçik mühacir qrupunu, o cümlədən, Venesualadan olan “Tren de Aragua” transmilli mütəşəkkil cinayətkar dəstənin 10 üzvünü Quantanmoya çatdırıb. […]

Hərbi qulluqçularımız “Qış təlimi – 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər

Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi – 2025”də iştirak edən hərbi qulluqçularımız yüksək peşəkarlıq nümayiş etdirirlər. Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.Təlimin ssenarisinə uyğun olaraq, artilleriya […]

BMT və Azərbaycan arasında Strateji Prioritetləşdirmə Seminarı keçirilib

Konstitusiya.az xəbər verir ki, Bakıda BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin (2026-2030-cu illər) hazırlanması ilə bağlı Strateji Prioritetləşdirmə Seminarı keçirilib. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyini, qlobal təşəbbüslərə fəal dəstək verdiyini vurğulayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bu münasibətlərin yeni səviyyəyə yüksəldiyi […]

Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Konstitusiya.az xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, unudulmaz xatirəsi ehtiramla yad edilib. Həmçinin, […]

Bir sıra dövlət orqanlarında aylıq vəzifə maaşlarının artırılması haqqında Prezident Fərmanlar imzalayıb

Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi […]

Baş prokurordan yeni təyinatlar

Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib. 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş […]