07 Avqust 2025
Prezident İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib
Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib.
Dövlətimizin başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.





