Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və töhfəniz hörmət və heyranlıq hissləri doğurur. Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna […]

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və məsul dövləti vəzifənizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Hörmətlə,   Vladimir Putin Rusiya Federasiyasının Prezidenti

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində ABŞ-nin Müdafiə Dil İnstitutu təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə institutun rəhbərliyi, Xarici Dil Mərkəzinin professor-müəllim heyəti və kursa cəlb olunan hərbi qulluqçular iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni […]

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avqustun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb. Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək. Görüşdə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların […]

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Ədalət Fərman oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı […]

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri beynəlxalq medianın diqqətində olub. Meksika mətbuatında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ilə bağlı məqalə yayımlanıb. Konstitusiya.az xəbər verir ki, Meksikanın Federicolamont.com portalında dərc olunan “Azərbaycan və Özbəkistan əbədi dostluq Müqaviləsi imzalayıb və Mərkəzi Asiyada C6 blokunu möhkəmləndirir” adlı məqalədə səfərin vacib məqamları oxuculara çatdırılır. Məqalə Bakı ilə Daşkənd arasında […]