Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri beynəlxalq medianın diqqətində olub. Meksika mətbuatında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ilə bağlı məqalə yayımlanıb. Konstitusiya.az xəbər verir ki, Meksikanın Federicolamont.com portalında dərc olunan “Azərbaycan və Özbəkistan əbədi dostluq Müqaviləsi imzalayıb və Mərkəzi Asiyada C6 blokunu möhkəmləndirir” adlı məqalədə səfərin vacib məqamları oxuculara çatdırılır. Məqalə Bakı ilə Daşkənd arasında […]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qəbulu aparan şəxs Qəbul günü  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu 1 Azərbaycan Respublikası Prezidentinin köməkçisi –  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad  Murtuz oğlu 2, 16 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Seyidov Fərid Mirmufid oğlu 3 […]

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Sentyabrın 25-i saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev İsmayıllı rayonunda İsmayıllı, Ağsu və Qəbələ sakinləri üçün vətəndaşlarla görüş keçirəcək. ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Görüş İsmayıllı rayonu, Heydər Əliyev mərkəzində ünvanında keçiriləcək.     Məlumat və əlaqə üçün: […]

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini qeyd edən general-polkovnik […]

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 502 (Cild I) aşağıdakı dəyişikliklər […]

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava […]