Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Cəfərov Zaur Hüseyn oğlu, Hüseynli İlqar Şəmiyyət oğlu və Tağıyev Hüseyn Oqtay oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, həmçinin Hərbi Memorial Məzarlıqda keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Müdafiə Nazirliyindən […]
Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr artıq ənənəvi siyasi və iqtisadi tərəfdaşlıq çərçivəsindən kənara çıxaraq, Avrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malik çoxşaxəli əməkdaşlıq modelinə çevrilir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsinin tarixi əhəmiyyət daşıdığını […]
Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub
Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı ilə təşkil olunan Türk dünyası gənclərinin görüşü başa çatıb. Konstitusiya.az xəbər verir ki, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası və Kocaeli Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən tədbirdə Türk dünyasının müxtəlif bölgələrindən alimlər, səfirlər, media nümayəndələri və 400-dən […]
EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “EYBA Autumn Conference 2026” payız konfransı çərçivəsində müxtəlif ölkələrdən olan vəkillərin Azərbaycan Respublikasının Ali Məhkəməsinə səfəri təşkil edilib. Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqlara Ali Məhkəmənin fəaliyyəti, strukturu, məhkəmə hakimiyyəti sistemində rolu, eləcə də ölkəmizdə məhkəmə-hüquq sahəsində […]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Laçın rayonu Zabux kəndinə gəlib. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qonaqlara kənd haqqında ətraflı məlumat verib. Daha sonra […]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Oktyabrın 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə […]