Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov avqustun 31-i saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək. Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə avqustun 28-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula yazılanlardan müraciətin səbəbini […]

Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Laçın isə Böyük Qayıdışın və bu istiqamətdə aparılan quruculuq siyasətinin ən parlaq nümunələrindən biridir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O bildirib ki, dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə Laçında yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların, enerji və istehsal müəssisələrinin yaradılması istiqamətində […]

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Hörmətli Mehriban Arif qızı. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm. Özbəkistanda […]

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub. Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və […]

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin həyatınız və fəaliyyətiniz Vətəninizə fədakar xidmətin, humanist ideallara sədaqətin və Azərbaycan xalqının mənəvi irsinə dərin ehtiramın nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində Siz ölkənin sosial-iqtisadi inkişafına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə […]

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Konstitusiya.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə […]