26 Avqust 2026
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov avqustun 31-i saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə avqustun 28-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.