Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 636 (Cild I); 2024, № 1, maddə 75, № 5 (II kitab), maddə 586, № 12 (II kitab), maddə 1460; 2025, […]

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, […]

Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların nazirliyə müraciətlərinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların FHN-ə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim olunması məqsədilə “mygov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb. Vətəndaşlar “mygov” platformasında “Dövlət qurumlarına […]

Kürşad Zorlu: Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri ardıcıl və fəal şəkildə dəstəkləyir. Türk dünyasının gündəliyində duran mühüm məsələlərə daim xüsusi diqqət göstərdiyinə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkür edirik. Bu fikirləri AZƏRTAC-a Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə […]

Estoniya səfiri: Ölkəmiz Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir

Avqustun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirklə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycan […]

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə strateji qərarların qəbulu prosesində prioritetlərə dair fikir mübadiləsi aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib. İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində […]