“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı iyulun 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti […]
İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik […]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 6-da saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinləri ilə görüşəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyəcək. Qəbula 5 avqust […]
Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub
Avqustun 3-də Azərbaycanın Xalq yazıçısı, dövlət və siyasi xadim Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət olunub. Konstitusiya.az xəbər verir ki, anım mərasimində Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Ombudsman Aparatının rəhbərliyi, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, incəsənət xadimləri, yazıçının ailə üzvləri iştirak edərək onun xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. […]
Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycan ilə bu ölkə arasındakı münasibətləri zənginləşdirən, rəsmi Bakının Türk Dövlətləri Təşkilatındakı rolunu artıran və Təşkilatın perspektiv strateji vizyonunu formalaşdıran prioritetləri əhatə edirdi. Bu səfər Azərbaycan-Qırğızıstan əlaqələrinə ikitərəfli prizmada yeni imkanlar qazandırır. Konstitusiya.az xəbər verir ki, bu fikirlər siyasi şərhçi Aqşin Kərimovun “Prezident İlham Əliyevin Qırğızıstan səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi” […]
Ombudsman Xocavənddə baş verən mina hadisəsinə reaksiya verib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlığını ifadə edir. Konstitusiya.az xəbər verir ki, Ombudsman xəsarət alan əməkdaşa tezliklə şəfa diləyir, ailəsinə və yaxınlarına dərin həmrəyliyini və mənəvi dəstəyini ifadə edir. Eyni zamanda, vətəndaşları mina təhlükəsinin […]