Ali Məhkəmənin Plenumu vahid məhkəmə təcrübəsinə əlçatanlığı təmin edəcək yeni qaydalar qəbul edib
2023-cü il noyabrın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya.az xəbər verir ki, iclasda “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, layihə Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin […]