Qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən şəxslər məsuliyyətə cəlb edilib

Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az-a verilən məlumatda bildirilir ki, internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Yusif Baqiyev və digərləri məsuliyyətə cəlb edilib. İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və digər qanunsuz hərəkətlərlə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri […]

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Konstitusiya.az xəbər verir ki, fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, […]

İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub

Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə […]

Dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri barəsində cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az-a verilən məlumatda bildirilir ki, mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV (Əlavə dəyər vergisi) köçürmə əməliyyatlarının aparılması barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla mütəşəkkil dəstə üzvləri – Əliyev Rasim Serqey […]

Yalan ayaq tutar, ancaq yeriməz- Güləliyev qardaşlarında hələki yeriyir!

Əziz oxucular! Əsasən də bizi daim izləyən əziz laçınlılar! Laçın həmişə cəsur, mərd oğullar, Vətənə, elə-obaya sadiq insanların yurdu kimi tanınıb. 30 ildən sonra yağı düşmənin Vətənimizə xain niyyətli və saxtakar “rəhbərlərimiz” sayəsində işğal altında qalan QARABAĞIMIZ, eləcə də LAÇINIMIZ azad oldu. Bu elin insanları Qalib Ordumuza, Müzəffər Ali Baş Komandanımıza həmişə minnətdarlıq edir. Ancaq […]

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və […]