İtaliyada Siciliya muzeyindən Antonello da Messinaya aid dörd əsər oğurlanıb
Siciliyada muzeydən İntibah dövrünün məşhur rəssamı Antonello da Messinaya aid “müstəsna dəyərə malik” dörd sənət əsəri oğurlanıb. Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyi məlumat yayıb. Şənbə axşamı rəssamın doğulduğu Messina şəhərində yerləşən muzeydə baş verən oğurluq zamanı XV əsrə aid Müqəddəs Qriqori poliptixinin beş panelindən üçü də aparılıb. Hadisə İtaliya dövlətinin bir neçə ay əvvəl Nyu-Yorkda […]
Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub
Fransanın Montuar-sür-Luar kommunasında keçirilən beynəlxalq folklor festivalında Azərbaycanın milli rəqsləri, musiqisi və mətbəxi ilə geniş şəkildə təqdim olunub. Konstitusiya.az xəbər verir ki, ölkəmiz festivalda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Ritm” rəqs qrupu tərəfindən təmsil olunub. Festival günlərində “Balabançı” musiqi qrupunun müşayiəti ilə “Ritm” rəqs qrupu Azərbaycan milli […]
Bakıda gənc rəssamların sərgisi açılıb
Bakı Fotoqrafiya Evində “Arts Council Azerbaijan” təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub. Konstitusiya.az xəbər verir ki, “START” layihəsinin məqsədi gənc rəssamların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək göstərmək və əsərlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkanlar yaratmaqdır. Açılış mərasimində […]
Tarixçi: Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir
Ailə arxivlərinin qorunub saxlanılması yalnız keçmiş nəsillər haqqında məlumatların gələcəyə ötürülməsi baxımından deyil, həm də rəsmi mənbələrdə əks olunmayan sosial-tarixi faktların mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz bildirib. B.Əziz qeyd edib ki, ailələrdə toplanan sənədlər və şəxsi materiallar cəmiyyətdə […]
“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir
Azərbaycanın “Ritm” rəqs qrupu Fransanın Montuar şəhərində beynəlxalq folklor festivalında ölkəmizi təmsil edir. Konstitusiya.az xəbər verir ki, 1973-cü ildən keçirilən Montuar Avropa Folklor Festivalı dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini bir araya gətirən mühüm mədəni tədbirlərdən biridir. Zəngin musiqi və rəqs ənənələrini bir araya gətirən festivalın əsas qayəsi mədəniyyətlərarası körpü yaratmaq və xalqlar arasında dostluq münasibətlərini […]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçirilən 3-cü Beynəlxalq Keçiören Türk Dünyası Festivalında iştirak edib. Konstitusiya.az xəbər verir ki, ölkəmizi festivalda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tovuz bələdiyyəsinin sədri Kamil Abdullayev, Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli, Sumqayıt bələdiyyəsi sədrinin müavini Orxan Adıgözəlzadə, Binəqədi […]