Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib
Oktyabrın 16-da mədəniyyət naziri Adil Kərimli Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşlarının müraciətlərini dinləyib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət […]
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
Meksikanın Keretaro şəhərində Ümumdünya İrs Şəhərləri Festivalı keçirilib. Festival Keretaronun tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının yaradılmasının 30 illiyinə həsr olunub. Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində “Ümumdünya irsi. Turizm diplomatiyası və mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycanın Meksikadakı […]
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Konstitusiya.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Açılış mərasimində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu […]
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. Konstitusiya.az xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. O, birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı barədə danışaraq deyib ki, bu […]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət ediblər. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollektiv Zəfər abidəsinin önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirib. Müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü tamam oldu. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il […]
ICESCO-nun növbədənkənar sessiyasında təşkilatın maliyyə sabitliyi və borcların tənzimlənməsi müzakirə olunub
Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Sessiyada Azərbaycanın mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli iştirak edib. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə […]