Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Konstitusiya.az  xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı. Bu xüsusda səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə […]

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. Konstitusiya.az xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olundu, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə […]

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik. Konstitusiya.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel […]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. Konstitusiya.az xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirdi, bu səfərin, eyni […]

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. Konstitusiya.az  xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla […]

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. Konstitusiya.az xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını […]