Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb. Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi. Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə […]
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib
Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Efiopiyadakı səfiri Ruslan Nəsibov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi COP29 zolaqlarına media-tur təşkil edib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub. Trend xəbər verir ki, media qurumlarının nümayəndələrinin “Koroğlu” NMM–Heydər Əliyev Beynəlxalq Hava Limanı səfərində, Bakıya gətirilən elektrik mühərrikli avtobusdan istifadə edilib. Qeyd edilib ki, paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək, 160 ədəd […]
Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib. Prezident İlham Əliyevin müraciəti -Əziz həmvətənlər. Bu gün Azərbaycan […]
Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər
Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. Toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir.Toplanışın növbəti […]
Qarabağ Universitetində ANAMA ilə görüş
Qarabağ Universitetinin tələbə və müəllim heyətinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici” görüş keçirilib. Xankəndi şəhərində keçirilən tədbirdə ANAMA-nın mütəxəssisləri tərəfindən iştirakçılara mina və partlamamış hərbi sursatlar, onların təhlükəsi və fəsadları barəsində geniş məlumat verilib, mövzulara uyğun təqdimatlar nümayiş olunub. Həmçinin minaların növləri, partlayıcı sursatların əlamətləri, təhlükəsizlik nişanlarının […]