Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının […]
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Professor Məsud Mahmudov: Yazılı tarixi abidələrin dili və klassiklərin əsərləri ilə bağlı konkordansların hazırlanması nəzərdə tutulur
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsində, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş “6.4.1. Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” və istifadəsi istiqamətində azerbaycandili.az […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra – 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev […]
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov […]
Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub
Konstitusiya.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar. Buraya avtobusla gələn dövlət başçılarına Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov kompleks barədə məlumat verdi. Aydın Kərimov: Hörmətli cənab Prezident qarşı tərəfdə bu yaxınlarda üçüncü kompleksin […]