Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
20 Oktyabr – Energetiklər Günü münasibətilə Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivlərinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər. “Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, energetiklər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və […]
Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Prezident İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin […]
Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir. Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilmişdir. Bütün bunlar bütövlükdə regionda ekoloji […]
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi […]
“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub
Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksəksəviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edən müdafiə naziri […]
A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il