MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Həmçinin iclas iştirakçıları […]
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək məqsədilə qərara alıram: 1. “Rəqəmsal rabitə” informasiya sistemi yaradılsın. 2. “Rəqəmsal rabitə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 3. Müəyyən edilsin ki: 3.1. “Rəqəmsal rabitə” informasiya sistemi […]
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında qardaşlıq, dostluq […]
Bakı Bəyannaməsi qəbul edilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Konstitusiya.az xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır. Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə […]
Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Oktyabrın 15-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Konstitusiya.az xəbər verir ki, əvvəlcə müşavirə iştirakçıları müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla […]
Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb
Oktyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam şəhərində vətəndaşlarla görüşüb. Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, aliment ödənişi, uşaqların sağlamlıq təminatlarının gücləndirilməsi, əlilliyin bərpası, həmçinin qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə […]