Rütbəli şəxslərə güzəştli pensiya təyinatı üçün xidmət müddətinin hesablanma qaydası müəyyənləşib

Konstitusiya.az xəbər verir ki, “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edilib. Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid ediləcək: Qeyd: Həmin şəxslər bilavasitə mülki ali təhsil və […]

HHQ-də “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib

2025-ci il üzrə təsdiq edilmiş hazırlıq planına uyğun olaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində silsilə maarifləndirici və ideoloji tədbirlər təşkil olunub.  Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Çıxış edənlər Azərbaycan Respublikasının […]

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi görüş keçirilib

Konstitusiya.az xəbər verir ki, Bakıda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” Protokolunun müvafiq maddəsinin icrası ilə əlaqədar görüş keçirilib.  Nümayəndə heyətlərinə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagül rəhbərlik ediblər. Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant A.Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq […]

Azərbaycan müdafiə naziri İsrail nümayəndə heyətini qəbul edib

Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında […]

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb

Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da sona çatıb.  Təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri […]

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Konstitusiya.az xəbər verir ki, mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb. Türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun […]