Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib. Konstitusiya.az paylaşımı təqdim edir: “Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər. Konstitusiya.az xəbər verir ki, “Moderngroup” MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan […]
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar. Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verdi. “Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri […]
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər. Konstitusiya.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verərək dedi […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər. Konstitusiya.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.