Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. Konstitusiya.az xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban […]
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə
Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan hərtərəfli və dinamik inkişaf yolu keçərək böyük uğurlara imza atmış, beynəlxalq aləmdə […]
Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya
Hörmətli xanım Prezident, Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə […]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb. Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin […]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb. Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə […]
Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə
Hörmətli cənab Prezident, Əlamətdar ildönümü – Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. […]