Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq müzakirə olunub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimindən […]
Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuyan ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib. Ceyhun Bayramovun bu il […]
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər. Konstitusiya.az xəbər verir ki, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər. […]
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Azərbaycan Ordusunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib. Konstitusiya.az Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlcə tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz […]
Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfər edib. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarova bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcək.
Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir
Türkiyənin siyasi partiyaları, siyasətçiləri, universitet rəhbərləri, vilayət administrasiyaları, həmkarlar ittifaqları, idman klubları, media orqanları və sıravi vətəndaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə əlaqədar təbrikləri paylaşırlar. Konstitusiya.az xəbər verir ki, müəlliflər Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini “xalqın azadlıq və müstəqillik arzularında tarixi dönüş nöqtələrindən biri” adlandırırlar. Ümummilli Lider Heydər Əliyevin “Bir […]