Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər: ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Kərimov Arzuyar Sadıq […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
Konstitusiya.az xəbər verir ki, mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı – Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik. […]
EATD Agentliyi rəsmi feysbuk səhifəsində təhsilalma formasının dəyişdirilməsi qaydası ilə bağlı paylaşım edib
Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası Ətraflı məlumat üçün keçidə daxil olaraq qaydalarla tanış ola bilərsiniz: https://e-qanun.az/framework/56513 #EATDA
“Crocus City Hall”dan 5 mindən çox insan təxliyə edilib
Konstitusiya.az xəbər verir ki, Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə “Crocus Group”un nümayəndəsi bildirib. Qeyd edək ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall”da naməlum şəxslər pulemyotlardan atəş açmağa başlayıb. Hadisə “Piknik” qrupunun konserti başlamazdan əvvəl baş verib. Rusiya İstintaq Komitəsi baş verən terror aktında ölənlərin sayının 137 nəfərə çatdığını bildirib. Ölənlərdən 68-nin […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib
Konstitusiya.az xəbər verir ki, martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı […]
İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır
Konstitusiya.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşır. Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib. O qeyd edib ki, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır. Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan […]