Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları oktyabrın 9-da Şuşa şəhərinə səfər ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şuşa şəhərindəki yaşayış kompleksinə gələn nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı […]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
Yaponiyanın daxili işlər və rabitə nazirinin beynəlxalq məsələlər üzrə müavini Hideo Fusedanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN […]
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü olub. Konstitusiya.az xəbər verir ki,söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu. Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq […]
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar. Konstitusiya.az xəbər verir ki,Azərbaycan stendində milli incəsənətimizə dair kitablar, xalçaçılıq, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir. Ziyarətçilərə Azərbaycan mədəniyyəti, […]
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalandı.
Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib
Oktyabrın 8-də Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib. İclasa Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova sədrlik edib. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sahibə Qafarova çıxışında bildirib ki, PAİ Assambleyaları ilə paralel keçirilən əlaqələndirmə iclasları […]