04 Avqust 2026
Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin cari ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 28-i saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə AZƏRTAC-a SHXÇDX-dən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 24-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.