17 Avqust 2026
Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 31-i saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətlərinə baxılacaq.