Prezident İlham Əliyev Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olub. Bu zaman ailənin balaca üzvü Gülər Prezident İlham Əliyevdən traktor istəyib.

Konstitusiya.az-in məlumatına görə, Prezident İlham Əliyev balaca Gülərin arzusunu reallaşdırıb.

Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub.