
İbrahimov Əflan Həsən oğlu- Müstəqil Xalq Partiyasının sədri
1956-cı il 5 martda Şamaxı şəhərində anadan olub
1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbini bitirib.
1973-1977-ci illər D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır
1977-1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir.
1981-1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində müxtəlif vəzifələrdə işləmişdir.
1988-1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan iadrələrdə usta-mexanik kimi çalışmışdır.
1992-1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır.
1993-1994-cü illərdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı olmuşdur.
1994-1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir.
2002-2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
2008-2009-cu illərdə Loğman Tibb Məktəbində şöbə müdiri işləmişdir.
2020- cü ildən Müstəqil Xalq Partiyasının sədridir.
Ailədir, 4 övlad atasıdır