V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 oktyabr 2026-cı il

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi başa çatıb. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimin gedişini Nazirliyin yüksəkrütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu izləyib. Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda […]

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə […]

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın regional əməkdaşlığın inkişafı, təhlükəsizliyin möhkəmləndirilməsi və Avropa ilə Asiya arasında bağlantı imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyətini bir daha nümayiş etdirib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib. Deputat qeyd edib ki, son illərdə beynəlxalq və Avropa təhlükəsizlik sistemi ciddi […]

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Konstitusiya.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı […]

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, doğma torpaqlara qayıdışın və Qarabağda başlanan yeni həyatın rəmzidir. 2026-cı ildə Füzulinin işğaldan azad olunmasının altıncı ildönümünü qeyd edirik. Altı il əvvəl qazanılan hərbi Qələbə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə davam edir. 1993-cü ildə […]