Azərbaycan prezident İlham Əliyevin sayəsində dünyada böyük etimad qazanan ölkədir
Azərbaycan dünyada böyük etimad qazanan ölkə – etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan, həmçinin sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycanın paytaxtı Bakıda mötəbər görüşlərin keçirilməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir.
Əldə etdiyimiz uğurlara görə məhz Ümummilli liderə və onun bu xalqa bəxş etdiyi prezident İlham Əliyevə borcluyuq. Sizi doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.
İradə İbrahimova,
“Şəms” Körpələr Evi-uşaq bağçasının müdiri