Qətiyyətli, iradəli və mübariz liderimiz
Tarixçilərdən fərqli olaraq, xalq həmişə geriyə yox – irəliyə baxır. Xalqın irəlidə – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez- tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı.
İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Həmin günlərin müşahidələri göstərirdi ki, Azərbaycana iradəli, siyasi dünyagörüşlü, qətiyyətli bir lider gəlir. Mükəmməl, dünya siyasi arenasında sözünü deyə biləcək lider məhz İlham Əliyev idi. Nə xalq, nə də Azərbaycanı sevənlər bu fikirlərində yanılmadılar.
Qətiyyətli, iradəli və mübariz liderimiz var olsun! Doğum günü münasibətilə 50 milyonluq azərbaycanlıların liderini təbrik edirəm!
Mətanət Qarayeva,
Bakı Neftmaşınqayırma zavodunun direktoru