Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçmiş Qasım çapar küçəsi ev 3-də yaşayan,
“HAKİMİYYƏT” qəzetinin, Hakimiyyet.info.az və Konstitusiya.az saytının rəhbəri İsmayılov
Füzuli Əfqan oğlu tərəfindən (əlaqə: 0506809976)
Ə R İ Z Ə
( Surəti: Digər dövlət orqanlarına və KİV nümayəndələrinə)
Hörmətli cənab nazir!
Növbəti dəfə müraciətimdə bildirirəm ki, 2009-cu ildə Səbail rayonu, Badamdar qəsəbəsində Lalayev Şirvan Sərhat oğlundan 25 min ABŞ dollarına 0,4.5 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsi alıb orada özümə 2011-2012-də 10X11m ölçüdə 2 mərtəbəli yaşayış evi tikdim. 2014- cü ildə mənə torpağı satan Şirvan Lalayev bildirdi ki, onun əvvəllər də tanıdığı və aralarında mübahisələr olan Nağıyev Fərhad Məzahim oğlu adlı bir şəxs Eyyubov Kazım Ərzuman adlı bir şəxsin adına saxta yollarla ƏMDRX-dən çıxarış alıb. Mən bərk narahat oldum və dərhal müvafiq orqanlara müraciət etdim. Ancaq Şirvan Lalayev mənə bildirdi ki, Fərhad Nağıyev ondan qorxur, heç bir yerə mən öz adımla deyil, Şirvan Lalayevin adıyla müraciət edim. Uzun çəkişmələrdən sonra atam, mərhum Əfqan İbrahim oğlu İsmayılov və mən öz adımla prokurorluq orqanlarına müraciət etdik. Artıq bizə məlum oldu ki, Ş. Lalayev Fərhad Nağıyevlə birlikdədir və onlar mənim 2011-2012-ci illər üçün 120 min manat xərc çəkərək tikdirdiyim və yaşadığım evi başqa adamlara 250 min manata satıb və pulu aralarında bölüşüblər.

Baş prokurorluğa etdiyim müraciətdən sonra 2019-cu ildə Bakı şəhər prokurorluğunda Fərhad Nağıyev və digərləri barəsində istintaq işi başlandı və iş xüsusilə mühüm işlər üzrə müstəntiq Zöhrab Səməndova həvalə edildi. Bildirirəm ki, həmin dövrdə Fərhad Nağıyevlə bağlı digər zərərçəkmiş şəxslər də şikayətçi idilər. Müstəntiq Şirvan Lalayevdən 55.000manatın alınıb mənə verilməsinə yardımçı olsa da, Fərhad Nağıyevlə məni barışdırıb daha çox faydalanacağımı bildirdi və mənim ona qarşı ifadə verməyimə mane oldu. Sonra Fərhad Nağıyevi çağırıb mənimlə görüşdürdü və ondan xahiş etdi ki, mənim qalan pulumu, həmçinin Badamdarda istifadəmdə olan digər torpaq sahəsinin özəlləşdirilməsində mənə kömək eləsin. Fərhad Nağıyev də həmin torpaq sahəsinə baxıb mənə kömək edəcəyinə, pulumun qalan hissəsini və tikdirdiyim evin 0,15 ha torpaq sahəsində tikdirdiyim 2 mərtəbəli mağaza və ofisin sənədləşməsinə, satılmasına və mənə çatacaq 150 min manatı mənə qaytaracağına söz verdi. Ancaq hər dəfə ona zəng vuranda mənə işin məhkəmədə olduğunu, pandemiyanı bəhanə edib yubadırdı. Həmin yerə keçmiş müavin Vilayət Muxtarov və Badamdar qəsəbəsinin keçmiş icra nümayəndəsi Həsən Qasımzadəyə yanımda zəng vurub onlardan sənədlərin tezləşdirilməsini istəyirdi. Hətta onlara müştərinin pul verəcəyini də bir neçə dəfə xatırladırdı. Mən də işlərin yubandığını görəndə müstəntiq Z. Səməndova müraciət edirdim ki, Fərhad məni aldadır. Sonuncu dəfə Z. Səməndov mənə bildirirdi ki, artıq o şəhər prokurorluğunda işləmir, ancaq Fərhadla bu barədə bir də danışacaq. Fərhad Nağıyev 2021-ci ilin mart-aprel aylarında mənə bildirdi ki, sənəd düzəlir, ancaq məhkəməyə hörmət eləmək lazımdır, guya onun oraya verməyə hazırda əlində pulu yoxdur və bu adla həmin dövrdə məndən 3min manat aldı və sənədi məhkəmə-ekspertizadan keçirtmək üçün də 2000 manat alıb sonra məni fırlatmağa, aldatmağa başladı. Dəfələrlə zəngimə cavab vermədi. Ondan Səbail rayon prokurorluğuna və Səbail Polis İdarəsinə şikayət etdiyimi biləndə mənə hədə-qorxu gələrək hər yerdə tanışları, dostları olduğunu deyərək başıma oyunlar açacağını söyləyir.(Sübutlar və səs yazışmaları istintaqa təqdim olunacaq)
Əlavə olaraq qeyd edirəm ki, bu barədə son 3-4 ildə dəfələrlə Səbail Polis İdarəsinə, Səbail rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm. “HAKİMİYYƏT” qəzetinin və Hakimiyyet.info.az saytının səhifələrində məqalə və müraciətlər dərc edilib.
Ailəm və mən acınacaqlı vəziyyətdə yaşayırıq. Əgər hüquq-mühafizə orqanları Fərhad Nağıyev barəsində əməli tədbirlər görməzsə, mən məcbur olaraq onu da, özümü də öldürəcəyəm.
Cənab nazir! Sizdən hüquqlarımın müdafiə edilərək bu quldur barəsində qəti tədbirlər görülməsini xahiş edirəm.
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru Füzuli Əfqan oğlu İsmayılov