Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş “Gəl ey səhər” adlı yubiley gecəsi keçirilib
Konstitusiya.az xəbər verir ki, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə bəstəkar, musiqiçi, ictimai-siyasi xadim Polad Bülbüloğlunun fevralın 4-də 80 illik yubileyinə həsr olunmuş “Gəl ey səhər” adlı yubiley gecəsi keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və MİHİ Şəki rayon Komitəsinin rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Polad Bülbüloğlunun yaradıcılıq fəaliyyəti işıqlandırılıb, bir-birindən ecazkar bəstələri və repertuarından nəğmələr səsləndirilib.
Tədbirin sonunda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, millət vəkili, Xalq artisti Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.