18 Fevral 2025
“Clarivate” vebinarları davam edir
Fevralın 20-də “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar baş tutacaqdır.
Vebinarda aşağıdakı mövzular əhatə olunacaq:
- “Web of Science Əsas Kolleksiya”
- Təşkilat profili
- Tədqiqatçı profili
- Akademik və tədqiqat əməkdaşlığında çətinliklər
- Birgə tədqiqatda qrant fondlarının rolu
- “Collab-CNCI”, Yeni Birgə Tədqiqat İndikatoru (InCites)
Vebinarda iştirak üçün aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Tarix: 20.02.2025, saat 11:00
Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov
Vebinar iştirakçılarına sertifikat təqdim olunacaqdır.