“Clarivate” vebinarları davam edir

Fevralın 20-də “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar baş tutacaqdır.

Vebinarda aşağıdakı mövzular əhatə olunacaq:

  • “Web of Science Əsas Kolleksiya”
  • Təşkilat profili
  • Tədqiqatçı profili
  • Akademik və tədqiqat əməkdaşlığında çətinliklər
  • Birgə tədqiqatda qrant fondlarının rolu
  • “Collab-CNCI”, Yeni Birgə Tədqiqat İndikatoru (InCites)

Vebinarda iştirak üçün aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Tarix: 20.02.2025, saat 11:00

Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov

Vebinar iştirakçılarına sertifikat təqdim olunacaqdır.