Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı əvvəlcə mərasim iştirakçıları ilə görüşdü. Qadın sakin: Xoş gəldiniz. Allah Sizi qorusun, cənab Prezident. Həyatımızın ən xoşbəxt günüdür. Sakinlər: Var olun, cənab Prezident, Allah Sizi qorusun. Prezident İlham Əliyev: Sağ olun. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: – […]

Ədliyyə nazirliyinin kollegiya iclasında 2024-2026-cı illər üzrə hazırlanmış yeni Kommunikasiya Strategiyası müzakirə edilərək təsdiq olunub

Hakimiyyet.info.az xəbər verir ki, yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2023-cü ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib. İclasda nazirliyin rəhbərliyi və məsul işçiləri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və […]

“ŞİZİK” HAQQINDA BALLADA – YAXUD HƏBİB ZƏRBƏLİYEV İNDİ NƏ DÜŞÜNÜR?!

Cəmiyyət insanların davranışı, əxlaqı və biri-birinə olan münasibətlərin təzahürü ilə fərqləndirici, yaxşı hallarda qəlb oxşayır. Bəzən yaşadığımız cəmiyyətdə gül-çiçəklə bərabər qanqalların da olması heç də cəmiyyətin korlanması, yaşam üçün münbit şəraitin yoxluğu deyil. Bu qanqalların olması gül-çiçəyi sevdirmək üçün daha faydalır. Yəni insan var ki, cəmiyyətdə naqis əməlləriylə qanqal qədər də fayda verə bilmir. Belə […]

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1081-VIQD nömrəli Qanununun tətbiqi və “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli 1402 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1081-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan […]

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır: “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə […]