Azərbaycan XİN Çinə başsağlığı verib
Hakimiyyet.info.az xəbər verir ki, XİN sosial şəbəkə hesablarında: Çinin Honkonq əyalətinin Tay Po şəhərində baş vermiş və çoxsaylı insan itkisi və xəsarətlərə səbəb olmuş faciəli yanğından dərin kədərləndiyini bildirən paylaşım edib.
“Həlak olanların ailə və yaxınlarına dərin başsağlığı verir, yaralılara isə tezliklə sağalmalarını arzulayırıq. Bu çətin dövrdə diqqət və düşüncələrimiz Çinin Honkonq əyalətinin xalqı ilədir”, – paylaşımda vurğulanıb.
Xatırladaq ki, Honkonqda yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb. Səkkiz hündürmərtəbəli yaşayış binasından ibarət “Wang Fuk Court” kompleksindəki yanğın yanvarın 26-ı başlayıb. Binaların birindən başqa hamısını yanıb. Komkpeksdə təxminən 4000-ə yaxın insan yaşayırdı.