“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 180 (Cild I); 2025, № 12 (II kitab), maddə 1166) birinci hissəsində “Mehman İsmayılov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi” sözləri “Gündüz Əliyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 sentyabr 2026-cı il