“Biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki,  sevincli günləri görə bilirik”.  

“Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.  

Prezident İlham Əliyev

Səmimi etiraf etmək lazımdır ki, bütün bu xoşbəxtlik və sevinc üçün biz ilk növbədə möhtərəm Prezidentimizə, cənab Ali Baş  Komandana minnətdar olmalıyıq. Məhz onun xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, heç bir təhdid, heç bir hədə, heç bir təzyiqə baxmayaraq, bizim haqq işimizi, vətənimizin, ərazi  bütövlüyümüzün bərpa  edilməsində cəsur olduğu qədər də uzaqgörən, dünyəvi siyasəti bizə bu sevincləri yaşatmağa imkan verdi. Eyni zamanda Əsrin müqaviləsinin tarixi əhəmiyyəti xüsusi vurğulanmalıdır.  Ölkəmizin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan neft strategiyasının zirvə   sənədi – 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal «Əsrin  müqaviləsi» kimi dəyərləndirilmiş ilk neft  sazişinin layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və  dövlətçilik maraqlarımıza tam uyğun  bir tərzdə işlənib hazırlanması  hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti olarkən İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Çox-çox sonralar Prezident İlham Əliyev özü «Əsrin müqaviləsi»nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdi: «Azərbaycan yeni müstəqil dövlətdir,  müstəqil həyatda ilk addımlarını atır… Təbii ki, biz neft kimi  bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu,  çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə  belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı,  istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də  mən həmişə  demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun». Bu müdrik siyasət ölkəmizin iqtisadi təhlükəsizliyi və milli maraqlarımızın qorunması sahəsində də öz həyatiliyini sübut etmişdir.   Bütün bunlar ona dəlalət edir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yalnız Azərbaycan xalqının  mənafeyini  yüksək tutmaq Prezident İlham Əliyevin iqtisadi  siyasətinin prioritet  istiqamətlərindən biridir.     

Ölkə rəhbəri cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona səmərəli fəaliyyətində uğurlar arzulayırıq!    

 Bəhruz Əhmədov,

Sabunçu “Elmi-İstehsalat və Maşınqayırma” ASC-nin sədri