BU GÜN RUSİYA VƏ AZƏRBAYCAN İKİ ETİBARLI TƏRƏFDAŞDIR

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.

Ceyhun Məmmədov, millət vəkili

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya”ya müsahibəsində Fransa ilə münasibətlərə də fikir bildirdi. Azərbaycanın Fransa ilə heç vaxt probleminin olmadığını, hətta əvvəllər Fransa ilə bir çox Avropa ölkəsindən fərqli olaraq daha çox əməkdaşlıq etdiyini söylədi. Əlbətdə ki, bunun Fransada Makronun hakimiyyətə gəlişinə qədər olduğunu bildirdi.
Cənab Prezident “Rossiya Seqodnya”ya müsahibəsində Gürcüstanda yaranan proseslərə də öz münasibətini bildirdi və Gürcüstanla çox mühüm tərəfdaş və yaxın dostluğumuzu qeyd etdi. Gürcüstanda vəziyyət sabitləşdiyinə sevindiyini söylədi.
Prezident İlham Əliyev müsahibəsində toxunduğu məsələlərdən biri də COP29-la bağlı açıqlama idi. O müsahibəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsinin olduqca önəmli bir məsələ olduğunu qeyd etdi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Azərbaycanda keçirilən COP29 tədbiri, qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir dönüş nöqtəsi olaraq tarixə keçdi.
Prezidentin müsahibəsində həmçinin media ilə bağlı münasibətini də bildirdi. Xarici medianın fəaliyyətilə bağlı bir sıra önəmli məsələlərə toxundu.
Bir sıra dövlətlərin media qurumlarının Azərbaycanın daxili işlərinə qarışmasının, yerli media qurumlarına xaricdən maliyyə verilişinin qəbuledilməz olduğunu vurğuladı.