Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib

25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Şəhid ailələrinin üzvləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və müharibə veteranlarının iştirak etdiyi tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər Ermənistan […]

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və […]

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar, həmkarlar. Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk. Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da […]

Niderland Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qətiyyətlə rədd edirik

Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir. Konstitusiya.az […]

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edib

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra dövlətimizin başçısı nitq söylədi. Prezident İlham Əliyevin nitqi -Hörmətli deputatlar, xanımlar və cənablar. Yeddinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə bütün deputatları ürəkdən təbrik etmək […]

Ş.K.Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                              Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, […]