Sentyabrın 22-də Bakıda Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Çexiya nümayəndə heyətinə isə Çex Respublikasının nazir müavini Mariya Çatardova rəhbərlik edib. Məsləhətləşmələr zamanı Azərbaycan–Çexiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, […]
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına dəstəyini ifadə edib. Konstitusiya.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin Cənubi Qafqaza baxışının aydın olduğunu bildirib. “Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və […]
Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömər ilə görüşüb. Konstitusiya.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media səhifəsində məlumat paylaşıb. Görüşdə Azərbaycan-Cibuti münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər yüksəksəviyyəli təmasların və siyasi dialoqun […]
Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb
“Kristal Estetik” klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi […]
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Konstitusiya.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı […]
DİN müsabiqə elan edir
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük […]