Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bildirildi ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb. Ağdam rayonu […]
Biz prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Böyük Zəfəri əldə etdik
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının […]
Vilayət Quliyev: Ən cəsarətli xəyallarımda belə təsəvvürümə gətirə bilmirdim ki, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin perspektivləri barədə AZƏRTAC–a müsahibə verib. Müsahibəni təqdim edirik. – Vilayət müəllim, Azərbaycan xalqı bu il Ulu Öndərinin, fenomenal şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. “Heydər Əliyev İli” çərçivəsində görülən işlər barədə […]
Tacikistan Prokurorluğu ilə əməkdaşlıq uğurla davam etdirilir
2022-ci il dekabrın 15-də Baş prokuror Kamran Əliyev və Tacikistanın Baş prokuroru Yusuf Raxmon arasında imzalanmış “2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində bir qrup prokurorluq əməkdaşı cari ilin 14-15 dekabr tarixlərində Düşənbə şəhərinə işgüzar səfər edib. Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində […]
Prezident İham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Müxbir: Salam cənab Prezident. Prezident İlham Əliyev: Salam. Müxbir: Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamalarına görə Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar. Bu güclü inkişaf sanksiyalar altında olan Rusiyadan miqrasiya və […]
Fərhad Nağıyev- saxta sənədlər, saxta əməllər-BƏS QANUN?!
Müxtəlif vaxtlarda müxtəlif sayt və mətbu orqanlarında, Cənab Prezidentə, Baş Prokurora, Daxili İşlər nazirinə, Dövlət Təhlükəsizlik orqanlarına, Əmlak Komitəsinə, məhkəmələrə edilən müraciətlərin cavabsız, nəticəsiz qalması bir daha sübut edir ki, Fərhad Nağıyevin saxtakarlıqlarının arxasında bizim inanaraq kömək istədiyimiz dövlət özü dayanır. Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev […]