Biz prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Böyük Zəfəri əldə etdik

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. Dövlət başçısının müsahibələri informasiya müharibəsində Azərbaycanın ədalətli mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində olduqca dəyərli oldu.

Biz president İlham Əliyevin müdrik siyasəti sayəsində Böyük Zəfəri əldə etdik. Çöhrəmiz gülüşə, sevincə qərq oldu. Bu sevinci bizə yaşadan Ali Baş Komandana, igid Azərbaycan əsgərinə və onları dəstəkləyən xalqımıza minnətdarıq. Prezidentimizi doğum günü münasibətilə təbrik edirik!

Məhəddin Ələsgərov,

Bakı Neftmaşınqayırma zavodunun direktor müavini