Fərhad Nağıyev- saxta sənədlər, saxta əməllər-BƏS QANUN?!

Müxtəlif vaxtlarda müxtəlif sayt və mətbu orqanlarında, Cənab Prezidentə, Baş Prokurora, Daxili İşlər nazirinə, Dövlət Təhlükəsizlik orqanlarına, Əmlak Komitəsinə, məhkəmələrə edilən müraciətlərin cavabsız, nəticəsiz qalması bir daha sübut edir ki, Fərhad Nağıyevin saxtakarlıqlarının arxasında bizim inanaraq kömək istədiyimiz dövlət özü dayanır.

Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev Fərhad Məzahim oğlu barədə redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Hazırda rəsmən biznes fəaliyyəti ilə məşğul olan, paytaxt Bakının ən bahalı ərazilərindən sayılan Badamdar qəsəbəsində çoxmərtəbəli bir neçə mülkə sahib olan Fərhad Nağıyev rəsmi sənədləri saxtalaşdıraraq vətəndaşların torpaq və tikililərini ələ keçirməkdə ittiham olunur. Bu barədə dəfələlərlə kütləvi informasiya vasitələrində yazılar dərc olunub, həmçinin vətəndaşların şikayəti əsasında polis orqanları tərəfindən araşdırmalar aparılıb və çoxsayda məhkəmə prosesi keçirilib. Lakin son nəticədə Fərhad Nağıyev sudan quru çıxmağı bacarıb.

Fərhad Nağıyev saxta sənədlərlə Badamdarı və orada məskunlaşan insanların mülklərini ələ keçirməkdə davam edir!

…Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev Fərhad Məzahim oğlu barədə redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Hazırda rəsmən biznes fəaliyyəti ilə məşğul olan, paytaxt Bakının ən bahalı ərazilərindən sayılan Badamdar qəsəbəsində çoxmərtəbəli bir neçə mülkə sahib olan Fərhad Nağıyev rəsmi sənədləri saxtalaşdıraraq vətəndaşların torpaq və tikililərini ələ keçirməkdə ittiham olunur. Bu barədə dəfələlərlə kütləvi informasiya vasitələrində yazılar dərc olunub, həmçinin vətəndaşların şikayəti əsasında polis orqanları tərəfindən araşdırmalar aparılıb və çoxsayda məhkəmə prosesi keçirilib. Lakin son nəticədə Fərhad Nağıyev sudan quru çıxmağı bacarıb.

Müxtəlif KİV-lərdən:

Elə redaksiyamıza müraciət edən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, ev 1308-də yaşayan, Cəbrayıl rayonundan məcburi köçkün, ziyalı müəllim İmanov Ramiz Əyyub oğlunun başına gətirilən oyunların səbəbkarı da məhz hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Dediyimiz kimi qanunun keşiyində durmalı olan hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları, əsl “reket”lik edərək R.İmanovun qanuni torpağını qanunsuz zəbt ediblər. Əvvəlcə yaxşı olar ki, Ramiz Əyyubovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və bir sürəti də “Təzadlar”a ünvanlandığı müraciətinə nəzər salaq:
Hörmətli Prezident, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev cənabları həyatını xalqımızın yolunda fəda edərək, millətimizin rifahının yaxşılaşdırılması, dövlətimizin qüdrətlənməsi yolunda danılmaz və əvəzsiz xidmətlər göstərmişdir. İndi isə Siz bu haqq işin öhdəsindən layiqincə gəlirsiniz. Ailəmiz bütün ümidlərini cənab Prezident, sizə bağlayır.
Qeyd edim ki, mən Cəbrayıl rayonundan məcburi köçkün düşərək, Bakı şəhəri Səbail rayon Badamdar qəsəbəsində məskunlaşmışam. Təhsil işçisi kimi Səbail rayonunda yerləşən məcburi köçkün məktəbinin direktoru vəzifəsində çalışıram. 20 ildən çox müddətdir ki, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsində məntəqə sədriyəm. Qarabağ müharibəsi veteranıyam və 2-ci qrup əliləm. Eyni zamanda şəkərli diabetdən Diqqətinizə çatdırım ki, mən 1999-cu ildən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1308 ünvanda yaşayıram. Uzun müddətdir abadlaşdırıb istifadə etdiyim torpağı öz adıma sənədləşdirmək üçün Badamdar bələdiyyəsinə müraciyət etdim . Məsələyə Səbail rayon Badamdar Bələdiyyəsinin Yerli İqtisadi İnkişaf daimi komissiyasının 01.09.2005-ci il tarixli iclasında baxılaraq, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış sahəsində olan 500.kv.m torpaq sahəsinin mənim tərəfimdən abadlaşdırılaraq yararlı vəziyyətə saldığımı nəzərə alaraq, fərdi yaşayış evinin tikintisi üçün mənim mülkiyyətimə verilməsini məqsədəuyğun hesab edərək Azərbaycan Respublikasının TM-nin 47,59 maddələrinin eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 2,3 və 4 fəsillərinə əsaslanaraq Səbail bələdiyyəsi 01.09.2005-ci tarixli 114 saylı ümumi iclasında 01 sentyabr 2005-ci il tarixində 114 №-li qərarla abadlaşdırdığım torpağı mənim istifadəmə vermişdir.
2018-ci ilin sentyabr ayının 17-də sözügedən sahədəki torpaq sahəmdə olarkən gördüm ki, torpaq sahəmin içərisində traktor işləyir. Mən onlara yaxınlaşanda qonşumuz Qurban adlı şəxs mənə bildirdi ki, qeyd edilən torpaq sahəsini qızı Əliyeva Səfurə Qurban qızının adına 14.09.2018-ci ildə alqı-satqı yolu ilə almışdır. Mən onların hərəkətlərinə etiraz etdim, onlara torpağın kimdən alqı-satqı etdiyini soruşanda o heç bir reaksiya vermədi. Sonradan öyrəndim ki, keçmiş polis işçisi olan Qurban Əliyev saxta yollarla mənim torpağımı 40 min manata alıblar. Mən bu qanunsuzluğa qarşı bir neçə gün müxtəlif orqanlara şikayət etməklə mübarizə apardım.
30 sentyabrda saat 10:00 radələrində 4 mülkü geyimli silahlı və 5 nəfər polis formasında 2 avtopatrul maşını, ümumilikdə 15 nəfər polis əməkdaşı bizim məhəlləyə gələrək, Qurban adlı şəxsin saxta sənədlə ələ keçirdiyi əmlakımı hasara alınmasına köməklik göstərdilər. Bu polislərə rəhbərlik edən, həmin vaxt məzuniyyətdə olmasına baxmayaraq, o ərazidə “makler” kimi tanınan polis mayoru Hikmət idi. Əvvəl Hikmət polis formasında gəlmişdi, lakin məsələnin böyüdüyünü görüb az müddətdə formasını dəyişərək mülki paltarda polislərə göstəriş verirdi…
Cənab Prezident!
…Azərbaycan polisinin hansısa bir nəfərin maraqlarına xidmət etdiyini başa düşə bilmirəm.
Əliyev Qurbanın dəstəsinin qanunsuz əməlini ifşa etsəm də, DİN əməkdaşları buna məhəl qoymur. Saxta sənədlərə heç kim əhəmiyyət vermir…
Məlumat üçün qeyd edirəm ki, torpağımı saxta sənədlə, özünün də xəbəri olmadan adına rəsmiləşdirilmiş Rüstəmov Mehman Camal oğlu ilkin olaraq Səbail rayon keçmiş İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədovun anası, 15 mart 1995-ci il Məmmədova Biliy adına olan 885 N-li sərəncamı saxtalaşdıraraq öz adına sərəncam almaqla, mənə məxsus olan torpağı qonşum Əliyev Qurbanın qızının adına alqı-satqı etmişdir.
Yuxarıda göstərdiyimizdən belə nəticəyə gəlinir ki, Əliyeva Səfurə Qurban qızı, Rüstəmov Mehman Camal oğlu, Bəşirov Ruslan Adil oğlu və Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə icra nümayəndəsi Zaur Əliyev DİN Səbail rayonu 41-ci polis bölməsinin yuxarıda adları çəkilən rəhbərləri və əməkdaşları və tanımadığım bir neçə şəxslə əlbir olaraq, ilkin saxta sənədlə mənim torpağımı özəlləşdirməklə, saxtakarlığa getmiş və bu qanun pozuntusuna yol vermişlər.
Cənab Prezident!
Bütün bu deyilənləri nəzərə alaraq, saxtakarlığa yol verərək qanunlara hörmətsizlik göstərmiş Rüstəmov Mehman Camal oğlu, Bəşirov Ruslan Adil oğlu, Əliyev Qurban və onun qızı Əliyeva Səfurə Qurban qızı, Nağıyev Fərhad Məzahim oğlu, 41-ci bölmənin rəisi Urxan Şirinov, sahə rəisi mayor Hikmət adlı şəxslərin əməlləri ilə bağlı ölçü götürülməsi üçün müvafiq orqanlara göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

“HAKİMİYYƏT” qəzetinin son saylarında Fərhad Nağıyevin qanunsuz əməlləri barədə Səbail Rayon polis idarəsində, Səbail Rayon Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda və məhkəmələrdə əməllərinin külli rüşvət hesabına ört- basdır edilməsi barədə yazılarımız, müraciətlərimiz cavabsız qalmaqda davam edir. Bu məsələ bizim diqqətimizdən yayınmayacaq, müraciətlər saytımızın və qəzetimizin buraxılışlarında öz əksini tapacaqdır.

Fərhad Nağıyev və onun “bandasının” qurbanlarından biri olan Füzuli İsmayılov