VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib

Sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov kollegiyanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. VK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Anar Bağırov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və […]

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb

Azərbaycanın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Konstitusiya.az  xəbər verir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri bununla əlaqədar birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən […]

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

Sentyabrın 21-də Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Roberto Arbitrionun sentyabrın 21–23-nü əhatə edən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini […]

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, başsağlığında deyilir: “Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi. Terror hadisəsi […]

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Konstitusiya.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Qeyd olunub ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Bahadır oğlu Məmmədovun həmin ilin martında yaşadığı evdən çıxdıqdan […]