Konstitusiya.az xəbər verir ki, martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı […]
İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır
Konstitusiya.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşır. Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib. O qeyd edib ki, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır. Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan […]
Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb
Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az-a daxil olan məlumatda bildirilir ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.(https://genprosecutor.gov.az/az/post/7329) Qeyd olunan ərazidə davam edən baxış […]
Prezident onu ədliyyə naziri təyin etdi
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Dosye: Nazir təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks […]
XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına
Hörmətli Forum iştirakçıları. İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və […]
Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.