Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Konstitusiya.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı […]
DİN müsabiqə elan edir
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük […]
VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib
Sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov kollegiyanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. VK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Anar Bağırov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və […]
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
Azərbaycanın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Konstitusiya.az xəbər verir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri bununla əlaqədar birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən […]
Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir
Sentyabrın 21-də Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Roberto Arbitrionun sentyabrın 21–23-nü əhatə edən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini […]
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib
Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.