Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi […]

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub

Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksəksəviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edən müdafiə naziri […]

A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il

T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il

T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tbilisidə dəyirmi masa

Oktyabrın 19-da Tbilisidə “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa keçirilib. Konstitusiya.az  xəbər verir ki, tədbirdə Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən enerji əməkdaşlığı, nəqliyyat və logistika, Orta Dəhliz, ticarət və iqtisadi əlaqələr, eləcə də Cənubi Qafqazda regional əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev […]